Şahzadəyə və həyat yoldaşına iqamətgahı boşaltmaq əmr edildi

 

Britaniya kral ailəsi şahzadə Harri və həyat yoldaşı Meqan Marklın İngiltərədəki “Frogmore” kottecini boşaltmalarını istəyib.

Demokratikmusavat.com “Sabah” qəzetinə istinadla xəbər verir ki , qərar İngiltərə Kralı III Çarlz tərəfindən təsdiqlənib.

“Frogmore” kotteci Şahzadə Harri və həyat yoldaşı Meqana keçən il vəfat edən Kraliça II Elizabet tərəfindən toy hədiyyəsi olaraq verilib.
Harri və Meqan evləndikdən sonra Kensinqton sarayında şahzadəyə məxsus kiçik mənzildə yaşayıblar. Lakin Meqanın hamiləlik dövründə cütlük sözügedən kottecə köçmək qərarına gəlib. 
İqamətgahda hərtərəfli bərpa işləri aparılıb. Təmir işlərinə 2,4 milyon funt sterlinq xərcləndiyi iddia edilir. Bu pullar vergi ödəyicilərindən alınıb. Lakin cütlük ABŞ-a köçdükdən sonra pulu geri qaytarıblar. 

“Frogmore” iqamətgahına cinsi təcavüz qalmaqalı ilə reputasiyası sarsılan Çarlzın qardaşı Şahzadə Endryu yerləşdiriləcəyi iddia edilir. 

Qeyd edək ki, cütlük 2020-ci ildə ilk uşaqları Arçi dünyaya gəldikdən sonra krallıq vəzifələrindən imtina edərək ABŞ-a köçüb.

Günay

 

0.15538311004639