"Neftçi"nin futbolçusu Ataa Caber zədələnib.
"Demokratikmusavat.com"-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi "Qarabağ"a qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyununda sıradan çıxıb.
İsraildən olan oyunçu meydanı xərəkdə tərk edib. Onu 82-ci dəqiqədə Azər Salahlı əvəzləyib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1