“Trendyol”dan sifarişlər qadağan edilə bilməz - Deputat

 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin baş məsləhətçisi Cavid Süleymanlının “Trendyol” elektron satış şəbəkəsi ilə bağlı fikirləri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. 

Mağazalar "Trendyol"dakı qiymətlə rəqabət apara bilmir - YENİ TƏKLİF

Belə ki, onun təklifindən sonra “Trendyol”un qadağan olunacağı ilə bağlı fikirlər səsləndirilir.

Demokratikmusavat.comın məlumatına görə, iqtisadçı deputat Vüqar Bayramov məsələ ilə bağlı bildirib ki, qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir: "Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan mal sifariş edə bilərlər".

"Haqsız rəqabətə gəldikdə isə, rəqabəti qadağalar ilə müdafiə etmək rasional yanaşma deyil. Qadağalar heç bir halda güclü rəqabət yaratmır. Bu baxımdan, “Trendyol” daxil olmaqla digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədəuyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb", - deyə millət vəkili əlavə edib.

Könül
Demokratikmusavat.com

0.16571092605591