Satışa çıxarılan 2 milyonluq dövlət şirkətinin kapitalı azaldılır

 

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “ASK Tekstil” MMC nizamnamə kapitalını azaldır. 

Demokratikmusavat.com ın məlumatına görə, şirkətin nizamnamə kapitalı 76,700 manat azaldılaraq 1 737,679 min manata endirilib. Daha əvvəl isə şirkətin nizamnamə kapitalı 1 814,379 min manat olub.

Ötən ilin sonlarında  “ASK Tekstil” MMC-nin özəlləşdirilməsi məqsədilə yaxın investisiya müsabiqəsi keçiriləcəyi, bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 30-dan artıq xarici şirkətə müraciətlər ünvanlandığı bildirilmişdi.

Daha ətraflı: Azərbaycanda dövlət şirkəti satışa çıxarılır

Könül
Demokratikmusavat.com

 

0.25443387031555