Ronaldinyo və Messinin verdiyi formaları hərraca çıxardı

 

Məşhur aşpaz CZN Burak "Barselona"nın sabiq futbolçusu Ronaldinyo və Argentina millisinin futbolçusu Lionel Messinin ona bağışladığı imzalı formaları satışa çıxarıb. 

Demokratikmusavat.com xəbər verir ki, aşpaz hərracda satacağı köynəkləri ən yüksək məbləği ödəyənə verəcəyini bildirib. Burak qeyd edib ki, əldə edəcəyi gəliri Türkiyədə zəlzələdə zərərçəkənlərə bağışlayacaq:

"Zəlzələnin ilk günündən əlimizdən gələni etməyə çalışıram. Ronaldinyonun Dünya kubokunda mənə verdiyi və Messinin mənim üçün imzalayıb göndərdiyi formaları satışa çıxardıram. Ən yüksək təklifi edib, məbləği "Ahbap", "AFAD" və Qızıl Aypara Cəmiyyətinə bağışlayanlara verəcəyəm". 

0.18731188774109