Xilasedicilərimiz dağıntılar altından kişi meyitini çıxarıb

 

Türkiyənin Kahramanmaraş şəhərində Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupları tərəfindən axşam saatlarında zəlzələ baş verən ərazidə əməliyyatlarını davam etdirilər.

APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, hazırda azərbaycanlı xilasedilər tərəfindən Kundisibaba bulvarı küçəsində axtarış icra edirlər.

Hazırda dağıntılar altından insan cəsədi çıxarılaraq adiyyatı üzrə təhvil verilir.

Əməliyyatlar davam edir.

Qeyd edək ki, FHN-in qüvvələri tərəfindən indiyə qədər dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

0.20285582542419