ABŞ-ın UNO müəmması: gizli plan, yoxsa...?

 

Kanada hava məkanında ABŞ tərəfindən uçan naməlum obyektin (UNO) vurulması ilə bağlı məlumatlar çaxnşma yaradıb. Məlumata görə, bu, son bir həftə ərzində vurulan üçüncü naməlum obyektir.

Demokratikmusavat.com xəbər verir ki, politoloq Natiq Cəfərli də uçan naməlum obyektlərlə bağlı yayılan xəbərlərə münasibət bildirib. Onun sözlərinə görə, bu mövzu transmilli idarəçilik üçün bəhanə ola bilər:

“Tarixi dövrdə yaşayırıq, pandemiya, müharibələr, təbii fəlakətlər – bir tək yadplanentlilər qalmışdı, onlar da “gəlir”. Əgər bu söhbəti şişirtməyə qərar versələr, məncə, yeni bir “Yalta”, “Podstama”, “Helsinkiyə” hazırlıq çərçivəsində edəcəklər. Dünya liderləri çıxıb deyəcək ki, Planet böyük təhlükə qarşısındadır, indi birlik-bərabərlik zamanıdır, müharibələr, münaqişələr dayansın, daha qlobal çağırış qarşısında olduğumuzu görərək yeni təhlükəsizlik konsepsiyası qəbul edək, Putini də, yoldaş Sini də, hətta Talibanı da bağışlayaq getsin, yeni səhifə açaq. Daha demokratiya, haqq və hüquqlar yox, məhz təhlükəsizlik ilk pilləyə çıxsın, bununla da yeni transmilli idarəçilik çağının əsası qoyulsun. 

İnsanlığı zorla “Maslow Piramidasının” ilk iki pilləsinə itəliyərək ancaq sağqalmanı və fiziki ehtiyacları dəyər kimi sırımağa çalışırlar. Bəşəriyyət çox ağır bir imtahan verir, “kəsilmə” ehtimalı da, təəssüf ki, çox yüksəkdir. İnsanlıq “Maslow Piramidasının” üst pilləsinə - özünüreallaşdırma, mənəvi ehtiyacların ödənilməsinə, istedadların inkişafına çatmaq üçün son 300 ildə sürətlə keçdiyi şərəfli yolu tərsinə çevirirlər. Təhlükəsizlik adı altında bütün azadlıqların qlobal miqyasda boğulması dövrünü yaşayırıq”,- deyə o bildirib.

Qeyd edək ki, Maslov nəzəriyyəsi 1943-cü ildə nəşr olunan bir araşdırmada Amerikalı psixoloq Abraham Maslov tərəfindən təqdim edilmiş və daha sonra inkişaf etdirilmiş insan psixologiyası nəzəriyyəsidir.

Billurə

0.19240713119507