Azərbaycanda ÜDM istehsalı azalıb

 

Bu ilin yanvar ayında ölkədə 9 milyard 690,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5% az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,6% azalıb, qeyri neft-qaz sektorunda isə 1,7% artıb.

ÜDM istehsalının 52,8%-i sənaye, 9,5%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,2%-i tikinti, 2,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i informasiya və rabitə, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,5%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,1%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 956,6 manata bərabər olub.

0.15687394142151