“Terror hadisəsi ilə bağlı İran bir dövlət kimi məsuliyyət daşıyır”

 

“Bu hadisənin baş verməsi bizim üçün gözlənilməz idi. Belə insidentlərin olması qəbuledilməzdir”.

Demokratikmusavat.com xəbər verir ki, bunu bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

“Ona görə ki, Vyana konvensiyasının müvafiq maddələrinə görə səfirliyi qəbul edən ölkə təhlükəsizliyə məsuliyyət daşıyır. Baş vermiş terror hadisəsi və onun ağır nəticələri ilə əlaqədar İran bir dövlət kimi məsuliyyət daşıyır” - nazir müavini qeyd edib. 

O bildirib ki, terror aktının baş verməsi İranla əlaqələrimizə çox böyük ziyan vurdu.

 

0.14977288246155