Ukrayna XİN Azərbaycan səfirliyinə hücumu pisləyib

 

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Demokratikmusavat.com” xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko tviterdə yazıb.

“Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə bu gün bir nəfərin ölümü və bir neçə təhlükəsizlik əməkdaşının yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir. Qurbanın yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”, - paylaşımda bildirilib.

0.16658592224121