Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın Ukraynaya “Leopard 2” tankları göndərməkdə tərəddüd etməsini tənqid edib.
Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Zelenski bu barədə Alman ARD televiziyasında çıxışı zamanı danışıb.
“Altı ay daha danışa biləriniz, amma burda hər gün insan ölür, qadınlar zorlanır. Əgər əlinizdə Leopard tankları varsa, onları bizə verin” .
Ukrayna lideri həmçinin əlavə edib ki, Rusiya günahını qəbul etdiyi halda diplomatik addımlar atıla bilər:
“Pul hər şey deyil, pul gedənləri qaytara və bəzi yaraları düzəldə bilməz”.
Qeyd edək ki, ki, Almaniya kansleri Olaf Şolts Davosda Ukraynaya “Leopard 2” tanklarının tədarükü barədə öhdəlik götürməkdən imtina edib.
Bu tanklar Almaniyada istehsal olunduğuna görə, üçüncü şəxslərə ötürülməsi Berlin hökuməti tərəfindən təsdiqlənməlidir.
Bundan əlavə, Polşa və Finlandiya Leopard 2 tanklarını Ukraynaya verməyə hazır olduqlarını açıqlamışdılar.
Günay
Demokratikmusavat.com