Bu gün mən Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ilə danışdım.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Niderland Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Vopke Hoekstra “Twitter“də bildirib.
“Hər iki tərəfdaşla söhbətimdə mən danışıqlar masasına qayıtmağın vacibliyini vurğuladım. Niderland Şarl Mişelin rəhbərlik etdiyi Aİ-nin vasitəçilik prosesini dəstəkləyir və ümid edirəm ki, bu danışıqlar tezliklə bərpa olunacaq”, - deyə paylaşımda bildirilib.