Ovanesyan: Ermənistan dövlətinin dağılması tarixi uçurumun kənarındadır

 

Bu gün Ermənistan üçün ən dəhşətli vəziyyət alternativ ideya və baxışı formalaşdıra biləcək, qarşıda duran riskləri izah edəcək nüfuzlu müxalifətin və liderin olmamasıdır.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Alternativ Layihələr qrupunun eksperti Vahe Ovanesyan özünün Telegram kanalında deyib.

Onun sözlərinə görə, Ermənistan dövlətçiliyinin dağılması tarixi uçurumun kənarındadır. “Təəssüf ki, üzləşdiyimiz vəziyyətdən çıxış yolu tapmaq  üçün vaxtımız  və resursumuz çox azdır.

Reallıq budur ki, müasir Ermənistan cəmiyyəti indi nə baş verdiyini anlamır və başa düşmür ki, onun özü indi güclü oyunçuların böyük oyununa mərcdir.

Başa düşmür ki, onun üzərində ekzistensial risklər var. Heç kim bunu insanlara izah etmir. Düzgün işləyən infrastruktura malik güclü, qurulmuş alternativ sadəcə yoxdur. Əsl problem buradadır”- o qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.14833498001099