KİV: Aİ Ermənistan-Azərbaycan sərhədinə 100 nəfərlik missiya göndərmək istəyir

 

Avropa İttifaqı iki il müddətinə Ermənistan və Azərbaycan sərhədinə 100 müşahidəçidən ibarət yeni missiya göndərmək niyyətindədir.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Politico” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, rəsmi İrəvanla müşahidəçilərin iştirakının zəruriliyi ilə bağlı anlaşma əldə olunub.

Qeyd olunur ki, müvafiq missiya layihəsi təsdiq olunmaq üçün Avropa Komissiyasının siyasət və təhlükəsizlik komitəsinə göndəriləcək.(APA)

0.16451406478882