Lavrov: Ermənilər Laçın dəhlizi ilə mina daşıyıb

 

“Laçın dəhlizi ilə heç bir hərbi yük göndərilməməlidir. Azərbaycanlılar məlumat verdilər, indi də hərbçilərimiz öyrənirlər ki, erməni tərəfi bu dəhliz boyu minalar daşıyıb. Sonra bu minalar üçtərəfli razılaşmaları pozaraq, Azərbaycan mövqelərinə yaxın əraziləri minalamaq üçün istifadə olunub”.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, çoxlu qarşılıqlı ittihamlar var. “Bu daşımalara nəzarət etmək üçün üçtərəfli razılaşmaya əsasən səlahiyyət verilmiş Rusiya sülhməramlı kontingenti və kontingentin bütün nəqliyyat vasitələrinin içərisində qadağan olunmuş qeyri-humanitar, mülki olmayan malların olmaması üçün hər cür imkanları var. Dünən və ya srağagün Rusiya kontingentinin komandirinin iştirakı ilə Azərbaycan təmsilçisi ilə Qarabağ nümayəndələri arasında görüş keçirilib”- Lavrov qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.15247416496277