Üzləşdikləri vəziyyətdən çıxış yolu tapmayınca Xankəndindəki separatçılar arasında savaş getdikcə daha da şiddətlənəcək və kəskin xarakter alacaq.
Bunu “Demokratikmusavat.com ”a açıqlamasında Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Kamran Bayramov Xankəndindəki separatçılar arasında, xüsusən də Vardanyanın gəlişindən sonra orada yaranmış durumu şərh edərkən deyib
Onun sözlərinə görə, nə qədər ki, Azərbaycanın şərtlərini və təkliflərini qəbul etməyib, reinteqrasiyadan boyun qaçıqacaqlar, hər ötən gün onlar üçün daha da pis olacaq. “Əgər ermənilər Qarabağda yaşayıb, normal həyatlarını davam etdirmək istəyirlərsə, onların yeganə bir yolu var, o da, tez bir zamanda Azərbaycan vətəndaşlığını qəbul etməkdən keçir. Cənab Prezident də dəfələrlə bəyan edib ki, hansı erməni Azərbaycan vətəndaşlığını qəbul edib, qanunlara tabe olacaqsa, digər vətəndaşlar kimi əvvəlkindən daha yaxşı imkanlar əldə edəcəklər. Azərbaycan vətəndaşlığını qəbul etməyənlər və separatçı, terrorçuların taleyi isə bəllidir. Onlar ya qısa zamanda Azərbaycan torpaqlarını tərk edəcəklər, yaxudda qolları qandallanıb Azərbaycan qanunverciliyinə uyğun şəkildə törətdikləri əməllərin layiqli cavablarını alacaqlar. Bunun başqa bir variant yoxdur. Vardanyanlar, arutyunyanlar və digərləri bundan xilas ola bilməycək. Çünki özləri də etiraf edirlər ki, vəziyyət getdikcə daha da pisləşir və vəziyyət dalana dirənib Odur ki, ziyanın yarısından da qaytımağın bir xeyri var”.
Deputat əlavə edib ki, ümumiyyətlə Ermənistanın hər zaman olduğu kimi, yenə də sülh danışıqlarından boyun qaçırması onlara baha başa gələcək: “Bu həm Xankəndindəki separatçılara, həm də Ermənistandakı ermənilərə aiddir. Onlar nə qədər tarixin acı dərslərindən nəticə çıxarıb Azərbaycanın şərtlərini qəbul etmədikcə, onları daha acınacaqlı vəziyyət gözləyir. Bir daha qeyd edirəm ki, ermənilərin üzləşdikləri vəziyyətdən yeganə nicatı Azərbaycandır. Bunun başqa alternativi yoxdur. Ona görə də ermənilər özlərinə haradasa ağa axtarışından vaz keçib, bu sadə həqiqəti dərk etməlidirlər. Çünki digər “ağalar” ancaq onları öz oyunlarının girovuna çevirəcək. Necə ki, on ilərlədir biz bunun şahidiyik. Bunu ermənilərin böyük bir qismi başa düşür, amma nəticə çıxarmırlar. Ona görə də zaman-zaman ağır bədəl ödəməkdədirlər.
Çox təəssüf olsun ki, onların bu qeyri-insanı hərəkətlərindən və fəaliyyətindən bölgə xalqları da əziyyət çəkir”.
Deputat onu da bildirib ki, istər Ermənistandakı revanşistlər, istərsə də Xankəndindəki separatçılar nə qədər çirkin oyunların qurbanına çevriməkdən vaz keçsələr yaxşı olar: “ Nəticədə bu oyunların qubanı məhz erməni xalqı olacaq. Azərbaycan istəyinə və hədəflərinə nail olacaq. O gün isə uzaqda deyil”.
Mürtəza
Demokratikmusavat.com