Nə qədər ki, Ruben Vardanyan Qarabağdadır, hər ötən gün vəziyyət daha da pisləşəcək.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu erməni bloger Roman Bağdasaryan öz Telegram kanalında deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi Laçın-Xankəndi yolu bağlandığı gün öz tələblərini irəli sürüb. “Amma həmin gündən 35 gün keçsə də Vardanyan həmin təklifləri nə açıqlayır, nə də dərc edir. Bu məsələyə ciddi diqqət yetirmək və səbəbini araşdırmaq lazımdır”- o qeyd edib.
Bağdasaryan hesab edir ki, Vardanyan Qarabağdakı erməniləri adam yerinə qoymur, onları insan hesab etmir: “O hesab edir ki, əhali ac qalıb, əziyyət çəkməlidir. O qarabağdakı ermənilərin alçaldılması ilə məşğuldur”.
Azərbaycan tərəfinin Xankəndində göndərdiyi tələblərin açıqlanmamasının səbəbinə toxunan bloger deyib ki, tələblərdən biri Vardanyanın Qarabağı tərk etməsidir: “Əgər belədirsə, o zaman Vardanyan niyə oranı tərk etmir. Məgər ona görə bu qədər insan əziyyət çəkməlidir. Axı, o Qarabağ erməniləri üçün nə edib?! Heç nə. İndiyədək, hansı problemi, şikayəti həll edə bilib? Qarabağı qara günə qoydu, indi də Ermənistanda hakimiyyət çevrilişinə hazırlaşır”.
Bağdasaryan bildirib ki, Vardanyan ancaq təxribatla məşğul olub, Rusiyanın əlinə oynayır: “Odur ki, Vardanyan nə qədər Qarabağdadır vəziyyət getdikcə daha da pisləşəcək. Yol açıldığı zaman isə insanlar oranı kütləvi şəkildə tərk edəcək. Bunun isə bir günhkarı var ki, o da Vardanyandır. Çünki problemlər o gələndən başlayıb. Vardanyan gedən günün səhəri 12 dekabr 2022-ci ildən sonra yaranmış problemin ən azı 80 faizi həllini tapacaq. Bu, bir həqiqətdir. Onu oradan qovmaq lazımdır”.
O eyni zamanda əlavə edib ki, bu gün hər hansı dövlətə bel bağlamaq da mənasızdır: “Bu gün nə İrandan, nə Fransada imdad gözləməyin mənası yoxdur. Bütün problemlərin həll açarı öz əlimizdədir. İstəsəkdə, istəməsək də, bu yol sülhdən keçir. Min illər boyu Cənubi Qafqaz xalqları bir-biri ilə dostluq şəraitində yaşamalıdır”.
Mürtəza
Demokratikmusavat.com