Azərbaycanlıların Zəngəzura dönüş şansı böyükdür - Rusiyalı ekspert

 

Yürüdülən siyasətə nəzər salsaq, o zaman deyə bilərik ki, azərbaycanlıların Zəngəzura dönüş şansı böyükdür.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Cənubi Qafqaz üzrə ekspert Andrey Areşev deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Qərbi Azərbaycan terminini gündəmə dünən gətirməyiblər. “Bu istiqamətdə xeyli əvvəl aktiv fəaliyyətə başlayıblar.  Moskvada bununla bağlı yetərincə rusca ədəbiyyatlar mövcuddur və proses davam edir. 

Yadımdadır, hələ zamanında Heydər Əliyev azərbaycanlıların Zəngəzurda və Ermənistanın digər yerlərində yaşaması barədə çıxışında danışır. Bu baxımdan Zəngəzur dəhlizi onlar üçün vacibdir”- o qeyd edib.

O əlavə edib ki, ona görə də Naxçıvan və Türkiyə ilə birbaşa quru əlaqəsi yaratmaq üçün “Zəngəzur  dəhlizini” açmaq istəyirlər: “Bu yolla niyyətlərinə nail olmaq istəyirlər.  Bu  nə qədər alınacaq indidən demək çətindir, amma şansları böyükdür”.

Mürtəza
Demokratikmusavat.com

0.17250609397888