Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bu ölkənin daxili işlər naziri Marat Axmetjanovla görüşüb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər ikitərəfli əlaqələri, həmçinin hüquq mühafizə orqanları arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.