Xankəndindəki separatçıların ağ bayaraq qaldırmaqdan başqa yolu qalmayıb - Açıqlama

 

“Bu gün Xankəndindəki separatçılarının Laçın-Xankəndi yolunun bağlanması nəticəsində “humanitar fəlakətlə” üzləşməsi barədə dünyaya haray-həşir salması absurd və hər zamankı erməni həyasızlığının əyani sübutudur. Yəni ermənilər tarix boyu yalan, saxta və heç bir həqiqətə, real fakta söykənməyən məlumatlardan istifadə etməklə dünyanın gözünə kül üfürməklə məşğul olublar. Həmin saxtakarlıqlarını bu gün də davam etdirməkdədirlər. Laçın yolunda keçirilən aksiya hər hansı humanitar fəlakətə səbəb ola bilməz. Çünki 34 gün ərzində davam edən aksiya zamanı yol humanitar yüklərin daşınmasına və dinc insanların hərkətinə heç bir maneəçilik yaradılmayıb. Ermənilərin uydurduğu kimi, indiyə kimi belə bir fakt qeydə alınmayıb”.

 Bunu “Demokratikmusavat.com ”a açıqlamasında deputat Şahin İsmayılov deyib.

 Deputat onu da əlavə edib ki, əksinə Xankəndindəki separatçılar özləri hər hansı “humanitar fəlakətlə” üzləşdiklərini təkzib edən məlumatlarla çıxış edirlər: “ Separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan özü hər hansı blokadanın olduğunu təkzib edib. O deyib ki, bu gün Qarabağdakı ermənilərin yetərincə qida ehtiyatı var və lazım olan zəruri məhsullar da gətirilir. Bu bir daha onu göstərir ki, ermənilərin bu haray-həşiri şoudan başqa bir şey deyil. Bu onlaırn hər zaman olduğu kimi, “aman qoymayın soyqırıma məruz qalırıq”, “ aman acımızdan öldük, qırıldıq” növbəti uydurmasıdır. Həqiqətdə isə soyqırıma məruz qalan da, blokadaya düşən də azərbaycanlılar olub. 30 ildən artıqdır ki, Naxçıvan blokada şəraitində yaşayır. Son yüz ildən artıq müddətdə azərbaycanlılar ermənilər tərəfindən soyqırım, terror siyasətinə məruz qalıb, öz doğma yurdlarından didərgin düşüb. Bu gün də Ermənistanın Azərbaycana qarşı humanitar və ekoloji terroru davam etməkdədir. 44 günlük Vətən müharibəsindən sonra rus sülhməramlılarının nəzarətində olan Azərbaycan torpaqlarında ermənilər tərəfində humanitar və ekoloji terror davam etməkdədir. Humanitar terrorun həyata keçirilməsi nəticəsində 200-dən artıq Azərbaycan vətəndaşı mina partlayışının qurbanı olub. Onu da qeyd edim ki, ermənilər tarix boyunca öz çirkin əməllərini, hərəkətlərini başqalarının üzərinə atmaqda da mahirdirlər. Onlar bu hərkəti öz cinayətlərini Azərbaycanın üzərinə atmaqdan və qarayaxmadan başqa bir şey deyil. Artıq dünya da onların bu yalanlarına, iftiralarına inanmır. Ona görə də heç kimdən dəstək ala bilmirlər. Düzdür, bəzi ölkələr bölgədə marağı olan və anti-Azərbaycan, anti-türk qüvvələr ermənilərdən öz oyunlaırnda bir alət kimi istifadə edirlər. Özlərini ermənilərin dostu, müttəfiq hesab edənlərin də əllərindən bir şey gəlmir. Onlar da Ermənistan adlı batan gəmini xilas etmək gücündə deyildirlər. Bunu Fransa Milli Assambleyasının (parlament) rəhbəri Yael Bron-Pivenin İrəvana səfəri zamanı verdiyi bəyanatlar da sübut etdi. Özlərini ermənilərin qızğın tərəfdarı hesab edən Fransa da bu yolla Azərbaycan qarşısında öz gücsüzlüyünü açıq etriaf etmiş oldu. O baxımdan da ermənilərin Azərbaycanın şərtlərini və təkliflərini qəbul etməkdən başqa çarəsi yoxdur. Başqa yol öz əlləri ilə özlərini fəlakətə, məhvə sürükləməkdir”. 

Deputat əlavə edib ki, Laçın-Xankəndi yolundakı aksiya öz hədəfinə nail olanadək davam edəcək: “Odur ki, Xankəndindəki separatçılar özlərini yorub, haray-həşir salmasınlar. Bu yolla kimsə Azərbaycanı tutduğu yoldan döndərə bilməz. Azərbaycana qarşı planlaşdırılan məkrli planlar da sonda iflasa uğrayacaq. Azərbaycan Prezidentinin yürütdüyü uzaqgörən, qətiyyətli və cəsarətli siyasəti nəticəsində Xankəndindəki separatçılar silahsız ağ bayraq qaldırmaq zorunda qalacaq. Onların ağ bayraq qaldırmaqdan başqa yolu qalmayıb. Prezidentin bəyan etdiyi kimi, kim Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, digər vətəndaşlarımız kimi normal və əvvəlkindən də yaxşı həyat tərzini sürməyə davam edəcəklər. Qəbul etməyənlər üçünsə yol açıqdır. Hər hansı başqa fikrə düşənlər üçünsə “dəmir qapaz” hazır vəziyyətdədir. Bundan heç şübhə etməsinlər.  

 Azərbaycan nəinki Xankəndində üçrəngli bayrağın dalğalandıracaq, eyni zamanda qarşısında duran əsas hədəflərdən olan Qərbi Azərbaycanla bağlı planlarını reallaşdıracaq. Bu elə də uzaq tarixdə baş verməyəcək”.

Mürtəza
Demokratikmusavat.com

0.13315796852112