Ukrayna XİN Azərbaycana təşəkkür edib

 

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) humanitar yardımla bağlı Azərbaycana təşəkkür edib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Ukrayna XİN-in tviter səhifəsində paylaşım olunub.

“Ukrayna şəhərlərini generator və transformatorlarla təmin etdiyinə görə Azərbaycana minnətdarıq. Bu, Ukraynanın kritik infrastrukturunun bərpası üçün həyati əhəmiyyət kəsb edir”, - paylaşımda bildirilib.

Xatırladaq ki, Azərbaycan ötən ilin dekabrında Ukraynaya generator və transformatorlardan ibarət humanitar yardım göndərib.

Qeyd edək ki, Azərbaycan Ukraynaya ümumilikdə 30 milyon manatlıq humanitar yardım göstərib.

0.17942595481873