Soledarda Ukrayna və rus ordusu arasında amansız döyüş gedib. Nəticədə qəsəbə tamamilə məhv edilib və döyüşdən sonrakı mənzərə peyk vasitəsi ilə çəkilib.
“Demokratikmusavat.com ” xəbər verir ki, Rusiya tərəfi döyüş nəticəsində Ukrayna tərəfinin çoxsaylı itki verdiyini, küçələrin cəsədlə dolu olduğunu bildirilsə də, qarşı tərəf isə bunu inkar edir.
“Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojin qəsəbənin cəsədlərlə dolu olduğunu iddia edib.
ABŞ-də yerləşən “Maxar” kosmik texnologiya şirkəti tərəfindən yayımlanan görüntülər Ukraynanın qəsəbə ətrafındakı tarlalardakı səngərlərinin Rusiya artilleriyasının necə hədəfə alındığını göstərib.
Mürtəza
Demokratikmusavat.com