Avropa Siyasi Birliyinin ikinci zirvə görüşü Moldovada keçiriləcək.
Demokratikmusavat.com xəbər verir ki, Avropa Siyasi Birliyinin növbəti iclası iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək.
"Görüşün məqsədi sülhün möhkəmləndirilməsi və Avropanın ümumi maraqlarının müdafiəsidir", Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib.
Qeyd edək ki, Moldova Prezidenti Maya Sandu bu gündən etibarən Avropa Siyasi Birliyinin 2-ci zirvə görüşünə dəvətnamələrin yayıldığını elan edib. "İyunun 1-də biz Kişinyovda 47 dövlət, hökumət və Aİ qurumunun başçılarını qəbul edəcəyik. Hər kəsi Moldovada görməyi səbirsizliklə gözləyirik".
Xatırladaq ki, birinci zirvə görüşü oktyabr ayında Praqda keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.