Deputatdan sərt ittiham: “Bu, dövlətə qarşı ideoloji terrordur”

 

Deputat Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli son günlərdə Qərbi Azərbaycan İcmasını hədəf seçənlərə qarşı sərt ittihamla çıxış edib.

Demokratikmusavat.com  xəbər verir ki, Əziz Ələkbərli icmaya və ona qarşı çıxış edənlərlə bağlı  bunları qeyd edib:

“Dekabrın 24-də cənab Prezidentin Qərbi Azərbaycan İcmasının inzibati binasına gəlişindən, burada Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündən və bu görüşdə bütün Ermənistanı silkələyən, vahiməyə salan proqram xarakterli çıxışından 10 gün sonra Elşən Uluxanlı, Telman Alyoşa oğlu Qasımov və Hafiz Hacıyev adlı əvvəldən əlbir olan mütəşəkkil dəstənin sosial şəbəkədə peyda olub mənə qarşı təhqir, böhtan, şər kompaniyası aparması, əslində mənə qarşı yox, cənab Prezidentin 24 dekabrda elan etdiyi Qərbi Azərbaycana Qayıdış ideyasına qarşı aparılan kompaniyadır. Hədəf bizi bu ideyadan yayındırmaq, insanlar arasında çaşqınlıq yaratmaq, birliyimizi pozmaq məqsədinə xidmət edir. Bu çirkli oyun Ermənistanın, ermənilərin, onların havadarlarının maraqlarına xidmətdən başqa bir şey deyil. Qərbi Azərbaycan İcmasının üzvləri, bu, dövlətə qarşı açıq-aşkar ideoloji terrordur. Ona görə də  Azərbaycan ictimaiyyətinin bu adamların təxribatlarına əhəmiyyət verməməyi xahiş edirəm. Əmin olun ki, bu mütəşəkkil dəstənin hər bir üzvünün bütün əməlləri aidiyyəti dövlət orqanları tərəfindən araşdırılacaq və onların arxasında duranların kimliyi müəyyənləşdiriləcək”.

0.1395947933197