“Türkiyə, Rusiya və Suriya liderləri görüşə bilər”.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar NTV-yə müsahibəsində deyib.
O bildirib ki, lazımi şərait yaradılarsa, belə bir görüş baş tuta bilər: “Əvvəlvə kəşfiyyat orqanlarımız arasında bəzi müzakirələr oldu. Sonra biz nazirlər olarq görüşdük. Moskvadakı görüşdə həm Rusiya, həm də Suriya tərəfinə narahatlıqlarımızı çatdırdıq. Mənfi münasibət olmadı”.
H.Akar bildirib ki, Moskvada baş tutan görüşdə Türkiyənin yeganə məqsədinin terrorla mübarizə olduğu tərəflərin diqqətinə çatdırılıb: “Bizim hansısa etnik, dini qrupla problemimiz yoxdur”.
Qeyd edək ki, dekabrın 28-də Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan Rusiyanın paytaxtı Moskvada səfərdə olub. Həmin gün H.Akar, H.Fidan, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Suriyanın müdafiə naziri Əli Abdullah Əyyub arasında üçtərəfli görüş keçirilib.