Rusiya, Türkiyə və Suriyanın müdafiə nazirləri Moskvada keçirilən danışıqlarda birgə üçtərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.
Demokratikmusavat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Görüşdə Suriyada beynəlxalq yolların açılması və Türkiyə mallarının ölkə ərazisindən keçməsi müzakirə olunub. Tərəflər, həmçinin suriyalı qaçqınların öz yerlərinə qayıtmasını asanlaşdırmaq üçün birgə mexanizm barədə razılığa gəliblər.