ABŞ Ukraynanı köhnəlmiş Patriot sistemləri ilə təmin edəcək - ABŞ kəşfiyyatının zabitindən SENSASSİYON AÇIQLAMALAR

 

Vaşinqton, görünür, Kiyev hakimiyyətinə Patriot hava hücumundan müdafiə sistemlərinin köhnəlmiş versiyasını təhvil verəcək. Demokratikmusavat.com xəbər verir ki, bunu ABŞ kəşfiyyatının təqaüddə olan zabiti və BMT-nin İraqın kütləvi qırğın silahlarının məhv edilməsinə nəzarət üzrə keçmiş müfəttişi Skott Ritter bildirib.

“Mən düşünmürəm ki, ukraynalılar bu kompleksin ən müasir versiyasını alacaqlar. Düşünürəm ki, onlar daha köhnə versiya ilə təchiz olunacaqlar”, - o deyib.

Ritter qeyd edib ki, ümumilikdə istifadəsinə ötən əsrin 90-cı illərində başlanan bu komplekslər artıq müasir döyüş meydanında qarşıya qoyulan vəzifələrə cavab vermir. "Bu, problemli sistemdir. Bu, çox bahadır, istismarı çətindir və onu idarə etmək üçün çoxlu kadr tələb olunur", - o qeyd edib.

Bundan əlavə, Ritter qeyd edib ki, bu komplekslərin yaxşı istifadə tarixçəsi yoxdur.

"Biz bilirik ki, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı Patriot İraq raketlərindən daha çox müttəfiq təyyarələrini vurdu. Həmçinin, Patriot sistemi Səudiyyə Ərəbistanının neft infrastrukturunu Husi pilotsuz uçan aparatlarının hücumlarından adekvat şəkildə qoruya bilmədi" - deyə o vurğulayıb.

Elvin

Demokratikmusavat.com

0.14945197105408