10 hakim vəzifəsindən azad edilib – Milli Məclisdə

 

Vəzifə öhdəsindən gələ bilməyən 10 hakim vəzifəsindən azad edilib.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Milli Məclisi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov parlamentdə bir sıra məhkəmlərlə hakimlərin təyini və işdən çıxarılması ilə bağlı məsələnin müzakirəsi zamanı deyib.

Məlumat verən deputat Nizami Səfərov deyib ki, Azərbaycanda uğurla həyata keçirilən məhkəmə islahatlarının ən mühüm elementlərindən biri hakim kadrların təyinatıdır. 

“Cənab Prezidentin fərmanı ilə iş yükünün çoxluğu nəzərə alınaraq, hakimlərin sayı 200 ştat vahidi artırılıb və bu gün həmin hakimlərin seçimi intensiv surətdə həyata keçirilir. Artıq 83 hakimin təyinatı aparılıb, 40 nəfər təyinat ərəfəsindədir, 250-yə yaxın hakimliyə namizəd seçim prosesinin müxtəlif mərhələlərindədir. Yeni təyin olunan hakimlərin təxminən 50%-ə qədərini qadınlar təşkil edir”, - o qeyd edib.

O əlavə edib ki, hakimlərin seçilmə qaydası 2021-ci ilin martında təsdiq edilib və ötən dövr ərzində 300-dən çox hakimin fəaliyyəti qiymətləndirilib. Fəaliyyətində fərqlənən 50-yə yaxın hakim vəzifələrində irəli çəkilib, 60-a qədər hakim isə Milli Məclisin müvafiq qərarları ilə ali və apellyasiya məhkəmələrinə təyin edilib. O eyni zamanda əlavə edib ki, işinin öhdəsindən gələ bilməyən 10 hakim vəzifəsindən azad edilib.

Mürtəza
Demokratikmusavat.com

0.1379029750824