Zalujni: "Rusiyanın 240 mindən artıq hava hədəfini aşkarlayaraq müşahidə etmişik"

 

“Ukrayna Hərbi Hava Qüvvələrinin radiotexnika qoşunları 9 aylıq müharibə dövründə Rusiyanın 240 mindən artıq hava hədəfini aşkarlayaraq müşahidə edib”.

“Report” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Zalujnı Hərbi Hava Qüvvələrinin hərbçilərini və radiotexnika qoşunlarını peşə bayramları münasibətilə təbrik çıxışında bildirib.

Onun sözlərinə görə, Ukrayna müdafiəçiləri Rusiyanın hava hədəflərinin 80 faizini məhv edib.

0.088217973709106