"Mançester Yunayted”dən Ronaldoya qarşı hörmətsizlik – VİDEO

 

“Mançester Yunayted”in ev oyunlarını keçirdiyi “Old Trafford” stadionundan Kriştianu Ronaldonun posteri götürülüb.

Demokratikmusavat.com BAKU.WS-ə istinadən xəbər verir ki, posterin götürülməsi ilə bağlı rəsmi açıqlama olmasa da bunun Ronaldonun ötən gün verdiyi açıqlamaya cavab xarakteri daşıdığı ehtimal olunur.

Stadionun şərq stendində, “Mançester Yunayted”in əfsanəvi meneceri ser Mett Basbinin heykəlinin arxasında yerləşən posterin götürülməsi ulduz futbolçunun azarkeşlərinin qəzəbi ilə qarşılanıb.

Qeyd edək ki, 37 yaşlı portuqaliyalı qalmaqallı müsahibəsində "Mançester" klubunun ona xəyanət etdiyini bildirib. Ronaldo həmçinin “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini də dilə gətirib.

 

0.17078113555908