Ronaldo bu 4 klubdan birinə keçəcək

 

Son açıqlamaları ilə "Mançester Yunayted"də böhran yaradan Kriştiano Ronaldo da komandadan ayrılacaq.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Dünya çempionatından sonra başlayacaq transfer dönəmində portuqaliyalı ulduzun "qırmızı şeytanlar"la vidalaşacağı məlum olub.
“Mançester Yunayted”ə qayıtdıqdan sonra uğur qazanmağı və arzuladığı karyera finalını hədəfləyən Kriştiano Ronaldo məqsədinə çata bilmədi. Rəhbərliklə və baş məşqçi Erik ten Haqla problem yaşayan Ronaldo ötən gün İngiltərə mətbuatına verdiyi müsahibə ilə bütün diqqətləri üzərinə çəkib.

"Özümü xəyanətə uğramış hiss edirəm, "Mançester Yunayted"də günahkar elan edildim. Erik ten Haqa hörmət etmirəm, çünki o da mənə etmirdi. Ser Aleks Ferqyusondan bəri bu klub heç də inkişaf etməyib"- o deyib.

Bu sərt sözlərdən sonra Ronaldonun 1 milyon funt sterlinq cərimələnəcəyi və sonra komandadan uzaqlaşdırılacağı iddia edilir.

Portuqaliyalı futbolçu hazırkı məqamda meneceri Corc Mendes ilə bəzi görüşlər keçirdiyi bildirilir. Bundan sonra onun üçün 4 əsas ehtimal var.
"Bavariya", "Napoli", "Sportinq Lissabon" və "Çelsi" ilə görüşlər keçirən ulduz oyunçu bu 4 komandadan birinə gedəcək. 

 

0.12971997261047