Məşhur karqo şirkəti məhkəməyə verildi

 

Azərbaycanda məşhur karqo şirkəti məhkəməyə verilib.

Demokratikmusavat.com ”ın əldə etdiyi məlumata görə, aparıcı faktorinq şirkətlərindən biri “Ferrum Kapital” QSC tanınmış karqo şirkəti olan “Mover” MMC ilə bağlı məhkəməyə müraciət edib.

Hakim Emin Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər, kredit müqaviləsi üzrə mübahisələridir.

Qeyd edək ki, “Mover” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Şəmistanlı Arif Hacı oğludur.

“Ferrum Kapital” QSC isə 2017-ci ildə dövlət qeydiyyatına alınıb və “AGA Group” şirkətlər qrupuna daxildir.

Könül
Demokratikmusavat.com

 

0.19888877868652