Azərbaycanda pul bazasının həcmi açıqlanıb.
“Demokratikmusavat.com ” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, 2022-ci il oktyabrın 31-nə pul bazası 16 671,0 mln. manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 049,8 mln. manat və ya 14% çoxdur.
Oktyabr ayı ərzində isə pul bazası 526,1 mln. manat və ya 3,3% artıb.
Pul bazası – pul kütləsini yaratmaq üçün Mərkəzi Bankın istifadə edilə bilən öhdəliklərinin məcmusudur. Bura dövriyyədə olan pul vəsaitləri, habelə Mərkəzi Bankın kredit təşkilatları qarşısında olan öhdəlikləri daxildir.
Pul bazasının genişlənməsi inflyasiyaya gətirib çıxarır, belə ki dövriyyədəki pulun kifayət etməməsi iqtisadi inkişafın yavaşlamasına səbəb ola bilər.
Könül
Demokratikmusavat.com