Bu universitetin binası təmir olunacaq: 150 min manat ayrıldı

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti 1 saylı tədris binasının və idman və yeməkxana korpusunun cari təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Demokratikmusavat.com ”ın məlumatına görə. tenderin qalibi “Bərpa-AS” MMC olub.

Qalib təşkilatla 147,621 min manat məbləğində satınalma müqaviləsi imzalanıb. 

Qeyd edək ki, “Bərpa-AS” MMC 22.12.2010-u ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Şixəliyev Səfayil Mübariz oğludur. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Neapol, ev 22, m. 44-dür.

Könül
Demokratikmusavat.com

 

0.19086813926697