Dos. İlham Əhmədov:"Tərbiyə böyük işdir, insanın, ailənin, ölkənin taleyini o həll edir"

 

Tərbiyə böyük işdir, insanın, ailənin, ölkənintaleyini o həll edir

Təlim və tərbiyə bir biri ilə sıx əlaqəli məsələlərdir. Tərbiyə təlimdən daha vacibdir (istər fərd, istərsə də cəmiyyət üçün olsun). Hələ ki, bu məsələlərin heç birində ciddi uğurlarımız yoxdur. Tərbiyə milli ideya, milli ideologiya ilə əlaqəli məsələdir. Bu gün məktəblərimizdə aparılan tərbiyə işi tərbiyə hansı ideologiyaya əsaslanır?
Hər bir dövlətin ərazi, iqtisadi, milli əsasları olduğu kimi, ideoloji əsasları da var. Gənc nəslin tərbiyəsi mütləq milli ideologiya əsaslanmalıdır.
İdeologiya cəmiyyətin maraqlarını, dünyagörüşünü və ideallarını ifadə edən konseptual ideyalar sistemidir. Milli ideologiya vətəndaş həmrəyliyi və ictimai ahəngdarlığı təmin edir, Hər tərəfdən düşmən ölkələrlə əhatə edilən kiçik dövlətin milli ideyası vətənpərvərlik olmalıdır, gənclər bu ruhda tərbiyə edilməlidir. Bizim milli ideyamız nədir?
Məktəb tərbiyə sistemini milli ideya və ideologiya bazasında qurmaq haqqında kim düşünməlidir görəsən? Bu işə biz 30 il əvvəldən başlamalı idik, indi yox. Əvvəlki təlim-tərbiyə sistemini uğurla dağıtdıq, əvəzinə heç nə qura bilmədik.
Bu arada Elm və Təhsil Nazirliyi tərəfindən “Ümumitəhsil müəssisələrində şagird davranış qaydaları” və“Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanıb. Bu sənəd cəmiyyət tərəfindənbir mənalı qarşılanmadı, ciddi müzakirə edilir, çünki bu sənədin hər bir ailəyə bu və digər mənada aidiyyətıvar.

"Valideynlər uşaqlarını düzgün tərbiyə etməklə, ölkənin və dünyanın gələcək tarixini yaradırlar. (A.S. Makarenko).

Bəli, gənc nəslin tərbiyəsi hər bir ailənin, ümumənölkənin gələcəyini təyin edir.
Mənəvi tərbiyəni düzgün quran millət həqiqi mənliyəsahib olacaq.
Son vaxtlar məktəblərdə baş verən neqativ hadisələr, cəmiyyətdə uzun müddət ərzində tərbiyə məsələlərininarxa plana keçirilməsi, daha doğrusu tərbiyə işininbaşlı başına buraxılması ilə əlaqədardır.
Şagird-müəllim münasibətlərinin neqativ xarakteralması, repetitorluğun kütləviləşməsi də məktəbdətərbiyə işinə mənfi təsir edir.
Sovet dönəmində də bəzən məktəblərdə neqativhadisələr baş verərdi, lakin bu hadisələr nadir hallardaolardı. İndi isə təəssüf ki, belə olaylar artıb.
Hər bir sistemin işinin səmərəsi bu sistemin sükanıarxasında olan kadrın peşəkarlıq səviyyəsindən asılıdır. Məktəblərə son vaxtlar direktor təyinatında səhvlərəyol verilir, pedaqoji təhsili və pedaqoji stajı olmayaninsanların məktəblərə direktor təyin edilməsi hallarıolur. Məktəbin rəhbərliyi, məktəbin idarəedilməsi, onanəzarət pedaqoqların əlində olmalıdır. Məktəbə, təhsiləaidiyyatı olmayan kənar şəxslərin rəhbər vəzifəyəgətirilməsi, təhsilə fəlakət gətirə bilər.
Hər peşənin öz sənətkarı var, hər sahənin idarəedilməsibu sferada zəngin təcrübə qazanan kadrlara həvaləedilməlidir. Bu sadə həqiqəti dərk etməsək inkişafolmaz. Pedaqoji təhsili və təcrübəsi olmayanlarməktəblərdə direktor kimi fəaliyyət göstərərsə, butərbiyə işini zəiflədər.
Vaxtı ilə TN-nin tərbiyə şöbəsi vardı, bu şöbə 2000-ci illərdə tərbiyə konsepsiyası hazırlamışdı. Ammasonralar bu konsepsiyadan deyəsən istifadə edilmədi.
Ümumən sovet illərində tərbiyəyə dair yazılmışkitablardan, tədqiqatlardan, konsepsiyalardanmüstəqillik illərində istifadə etmək düz deyil. Çünki, cəmiyyətdə son 30 ildə çox şey dəyişdi, xüsusən dəgənclik dəyişdi. Müstəqillik illərində tərbiyəmövzusunda diqqət cəlb edən əsərlər az oldu, bu sıradayalnız tanınmış pedaqoq, rəhmətlik prof. ZahidQaralovun 20 il əvvəl yazdığı "Tərbiyə" trilogiyasınıqeyd edə bilərəm. Hələlik tərbiyəyə dair bu kitabdanbaşqa dəyərli nəsə başqa kitab xatırlamıram.
Tərbiyə məsələsinin zəifləməsinin digər səbəbi KİV, xüsusən telekanallarıdır. Elə verilişlər var ki, onabaxanda adam dəhşətə gəlir: mənasız mövzular, səviyyəsiz aparıcılar, ziyanlı verilişlər. Belə verilişlərgənclərin tərbiyəsinin pozulmasına xidmət edir. Maarifləndirici, idraki, vətənpərvərlik istiqamətindəverilişlərimiz azdır.
Cəmiyyət bilməlidir ki, tərbiyə təhsildən üstündür.
"İnsanı əxlaqi yox, yalnız intellektual səviyyədə tərbiyəetmək, cəmiyyət üçün təhlükə yaratmaq deməkdir." (Teodor Ruzvelt).

0.61577701568604