“Orta Dəhlizdə tarif siyasətinin uyğunlaşdırılması zəruridir” - Nazir müavini

 

"Orta Dəhlizdə fiziki infrastrukturun inkişafı ilə yanaşı, tarif siyasətinin uyğunlaşdırılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, dəhlizin rəqəmsallaşdırılması kimi tədbirlərin görülməsi zəruridir".

Demokratikmusavat.com ” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu nazirn müavini Rəhman Hümmətov Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye və Xarici İşlər nazirlikləri, yapon şirkətləri və Yaponiyanın Bakıdakı Səfirliyinin nümayəndələri ilə görüşdə deyib.

Məlumata görə, Yaponiya nümayəndə heyəti Azərbaycana Orta Dəhlizin imkanlarının araşdırılması məqsədilə səfər edib. Nazir müavini çıxışında qarşılıqlı səfərlərin ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın daha da dərinləşməsinə xidmət etdiyini bildirib. O, əlavə edib ki, Türkiyə və Gürcüstan ilə birgə Orta Dəhlizdə həyati əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinin tezliklə başa çatdırılması, ötürücülük qabiliyyətinin ardıcıl artırılması istiqamətində səylər gücləndirilib.

R.Hümmətov Zəngəzur dəhlizinin əhəmiyyəti barədə də ətraflı məlumat verib. “Dəhlizin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək” – deyə nazir müavini vurğulayıb.

Görüşdə Orta Dəhlizin rəqəmsallaşdırılmasının tranzit daşımaların şəffaflığı və daşıyıcılar üçün bərabər şəraitin təmin edilməsi baxımından ən mühüm vasitələrdən biri olduğu qeyd edilib. Dəhliz üzərində yerləşən ölkələrin birgə səyləri və səmərəli əməkdaşlığı ilə Orta Dəhlizin rəqabətə davamlı, intensiv istifadə olunan marşruta çevriləcəyinə əminlik ifadə olunub.

0.55168199539185