Azərbaycan müdafiə xərclərini artırır

 

2023-cü ilin dövlət büdcəsində Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi üçün 5,3 milyard vəsait nəzərdə tutulub.

“Demokratikmusavat.com ” bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.

Bu vəsait 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.

Qeyd edək ki, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır.

 

0.18015503883362