Aqroparklarda ərzaqlıq buğda istehsalı 61% artıb - Nazir

 

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan aqroparklarda bu il ərzaqlıq buğda istehsalı ötən illə müqayisədə, təxminən, 61% artaraq 88,8 min tona çatıb.

Demokratikmusavat.com xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov tviter hesabında yazıb.

"Aqroparklarda ərzaqlıq buğdanın istehsalında müsbət dinamika müşahidə edilir. 2020-ci ildə aqroparkların taxıl sahələrində 35,2 min ton, 2021-ci ildə 56% çox olmaqla - 55 min ton ərzaqlıq buğda istehsal olunub", - o deyib.

0.19051504135132