Bağlanan bankda pulu qalanlara müraciət edildi

 

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Azərbaycan Kredit Bankı” ASC-nin ləğvinin yekunlaşması ilə əlaqədar Bankın kreditorlarına müraciət edib.

Demokratikmusavat.com ın məlumatına görə, müraciətdə deyilir ki, tələblərini əldə etməmiş kreditorlar noyabrın 4-nə qədər qurumun Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16 ünvanındakı inzibati binasına yaxınlaşaraq ödənişlərini ala bilərlər.

Tələblər nağdsız ödəniləcək. Bunun üçün müvafiq sənədlər və bank rekvizitləri ADIF-ə təqdim edilməlidir.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 iyul 2015-ci il tarixli qərarına əsasən “Azərbaycan Kredit Bankı” “Banklar haqqında” qanunun 59-cu maddəsinə uyğun olaraq məcburi ləğv edilib və “Azerbaijan International Consalting Company” MMC banka ləğvedici təyin olunub. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 fevral 2019-cu il tarixli qərardadına əsasən isə sözügedən ləğvedicinin fəaliyyətinə xitam verilib və ləğv prosesi ADIF-ə həvalə olunub.

0.17199182510376