Basketbol üzrə milli komandamız yenidən FİBA-nın reytinq cədvəlində

 

Basketbol üzrə yığma komandası yenidən FİBA-nın reytinq cədvəlinə salınıb. Bu barədə “Demokratikmusavat.com ”a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib: 

“2021-ci ilin avqust ayında açıqlanan FİBA-nın yeni reytinq sıralamasında yox idi. Reytinq 8 ilə əsasən hesablandığından və bu 8 il ərzində millimizin heç bir rəsmi oyunda iştirak  etməməsi səbəbindən yığma komandamız siyahından kənarlaşdırılmışdı.

2022-ci ildə isə Maltada təşkil olunmuş kiçik ölkələrin Avropa çempionatında, kişilərdən ibarət basketbol yığmamız da iştirak etdi və keçirdiyi rəsmi qarşılaşmalara görə yenidən FİBA -nin reytinq siyahısına daxil oldu. Yeni reytinq cədvəlinə əsasən milli komandamız 78.5 xalla, 163 ölkə arasında 112-ci pillədə qərarlaşıb”.

0.15237402915955