Naftalan şəhərində Azərbaycanın ilk regional velotur və velosiped kirayəsi mərkəzi istifadəyə verilib.
Demokratikmusavat.com ın məlumatına görə, obyekt barədə danışan Dövlət Turizm Agentliyinin nümayəndəsi Zaur Məmmədov deyib ki, indiyə qədər belə mərkəz yalnız paytaxt Bakıda olub.
Bunun üçün şəhər ərazisində 7 km uzunluğunda velosiped yolu çəkilib.
"Velosipedlərdən artıq 2 aydır ki, test rejimində istifadə edilir. Bu layihə dövlət-özəl sektor əməkdaşlığı əsasında qurulub. Burada kartla, telefonla və QR kodla ödəniş etmək mümkündür", - deyə o, qeyd edib.