Pərviz Şahbazov sabah Tbilisiyə səfər edəcək

 

Energetika naziri Pərviz Şahbazov sabah Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək.

"Demokratikmusavat.com" "APA"-ya istinadla xəbər verir ki, nazir qonşu ölkənin paytaxtında Gürcüstanın bir sıra hakimiyyət orqanları ilə görüşlər keçirəcək.

Tərəflərin Gürcüstan və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinə dair müzakirələr aparacağı bildirilib.

0.12513494491577