2022-ci il Kimya üzrə Nobel mükafatı laureatları açıqlandı - FOTO

 

Stokholmdakı İsveç Kral Elmlər Akademiyası 2022-ci ildə Kimya üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Bunlar amerikalı kimyaçı, Stenford Universitetinin professoru Karolin Rut Bertozzi, danimarkalı kimyaçı, Kopenhagen Universitetinin professoru Morten P. Meldal və amerikalı kimyaçı, 2001-ci il Nobel mükafatı laureatı Karl Barri Şarplessdir.

Demokratikmusavat.com -ın məlumatına görə, bu barədə Nobel komitəsinin “Twitter” hesabında məlumat verilib.

Onlar mükafatlarını klik kimyası (ayrı-ayrı kiçik elementlərin öz aralarında birləşməsi ilə kimyəvi maddələrin daha sürətli və effektiv alınmasını ehtiva edən kimyəvi reaksiyalar – red.) və bioortoqonal kimyanın inkişafına görə alıblar.

Xatırladaq ki, oktyabrın 3-də Nobel mükafatının təqdimat mərasimi keçirilib. İlk qalib “Fiziologiya və ya tibb” nominasiyası üzrə mütəxəssis – isveçli bioloq Svante Paabo olub. Fransız fiziki Alen Aspe, kvant mexanikası mütəxəssisi amerikalı Con Klauzer və avstriyalı Anton Zeylinger isə Fizika üzrə Nobel Mükafatına layiq görülüblər.

0.21313500404358