Duzlu gerçəklər...

 

- Veydəddin, çox narahatam. Vəzifəmdən, mandatımdan sui-istifadə edib vergidən yayınmağımın, dövlətdən milyonlarla pul oğurladığımın üstü açılıb. Bilmirəm, nə edim?
- Qəm yemə, Feyzican! Ölümdən başqa hər şeyə çarə var. Vətənpərvərlikdən, uğurlu inkişafdan yazılar yazdır, peşəkar qələm sahibləri var, acından ölürlər, 5-6 yüz manat at qabaqlarına, elə fəsahətli dillə yazsınlar ki, ürəklər muma dönsün! Tanımayanlar düşünəcəklər ki, bəs Feyzi Canşirəliyev doğrudan da Vətəni, xalqı sevən təmiz bir insandır. Üzdən də qəşəysən, hamı inanacaq. Deyirəm, ay qağa, düzəməlli-başlı müxalifət də yoxdur ki, qabırğalarına döşəyib qorxu, həyəcan mühiti yaradaq. Hamısını avtobusa mindirib aparıblar... Hələ yaxşı ki, bu erməni təcavüzü-filan var. Yoxsa çırağımız sönərdi, belə yazılar yazdırıb vətənpərvərliyimizi sübut edə və xilas ola bilməzdik. Dayan, dayan, yadıma düşdü, bir-iki dənə sərsəmləyən müxalifət adlı şəxs var idi e, elə bu erməni məsələsi ilə bağlı. OK! Əla şans!. Tələs, Feyzican, sonra gec ola bilər. O qədər pusquda durub “radikal müxalifət” axtaran milyonçu-oliqarx var ki. Sən birinci ol, vərtənpərvər, dövlətçi qiyafəsində şığı onların üzərinə, xilas et vəzifəni, mandatını, milyonlarını. Tez elə, əla şansdır. Səni qurtarsa, bu müharibə qurtaracaq...

0.14018392562866