Təkəbbür sahibinin sonu...

 

Öldükdən təxminən 30 dəqiqə sonra bədəndə refleks deyə bir şey qalmır. Boşalan əzələlər səbəbindən ağız və göz qapaqları açıq qalır. Boşaltma sistemi tamamilə boşalıb genişləyir, sidik axıntısı meydana gəlir.
Ölümün reallaşmasından 24 saat sonra bədən çürüməyə başlayır. Tənəffüsün dayanması bakteriyalar üçün işarə olur və işə başlayırlar. İlk çürüyən orqanlar isə göz, beyin, mədə və bağırsaqlar. Cəsəd kökdürsə daha tez çürüyərkən, duzlu suda boğulan daha gec çürüyür.

Ən gec çürüyən qisimlər isə ürək, sidik kisəsi, böyrək.
İlk çürüyən yer olan mədə və bağırsaqlarda bakteriyalar sıx çalışdıqları üçün sürətlə qaz ortaya çıxır. Bu qaz, qarın bölgəsinin şişməsinə səbəb olur. Dərinin üstü yanıq kimi su toplarkən, bədəndə yığılan sulfid səbəbindən rəng qaraya dönməyə başlayır.

Gündən günə şişən qarın partlayır və sinə çökür. Bu hadisə məzar üstündən duyula biləcək qədər səsli ola bilir.
Ortalama 4 il sonra insan tamamilə sümük halına çevrilir.

Gözəlliyin, yaraşıqlılığın, zənginliyin, qürurun, malın , mülkün, vəzifən hardadır? Yer üzündə genəlmiş şəkildə gəzən, kiçik dağları mən yaratdım egosuna sahib olan, insanları kiçik beyniylə alçaltmağa çalışan, həyatı status və dünyada qazanacağı müvəqqəti uğurlara yönəldən hər o təkəbbür sahibinin sonu budur.

Pulun satın aldığı insanların sonu budur. Vəzifəyə gəlmək üçün xarakterini satan, ətrafını əzən, zülmə uğrayan insanların üzərinə basaraq bir şeylər əldə etməyə çalışanların sonu budur.

Gözəlliyiylə, həyatı boyunca makiyaja, bəzəyə həsr olunan, dərisi qurumasın deyə , hər gün diqqətlə kremlənib yumuşaldılan bədənin sonu budur.
Həyatını fitness salonlarında ayna qarşısında əzələlərinə baxaraq keçirən, tək hədəfi bədən böyüdüb bununla Instagrama fotoşəkil atan kəslərin də sonu budur.

Çalışın, müvəffəqiyyətli olun, insanlığa fayda verin , amma həyatı böyütməyin. Özünüzü böyütməyin. Çünki əlimizdə etdiyimiz ərdəmlərdən və əməllərdən başqa bir şey qalmayacaq... (c)

Vüqar Sabiroğlu

0.15505814552307