Qarabağım...

 

Abdulla Vaxş:
Qarabağ uğrunda canını fəda edən can Azərbaycana və Azərbaycan əsgərlərinə həsr edirəm.

Qarabağım


Can, mənim Qarabağım!
Nəfəsim, Qarabağım!
Ürəyimin ağrısı
Yaralı, qara dağım!                         Əslim, soyum səndədir,
Sən babamın məskəni
Adın daim məndədir!
Mənim görən gözümsən,
Daş sındıran dözümsən!        Canım sənə fədadır,
Ürəyimsən, özümsən!
Qoruyaram, Qarabağ,
Səni mən öz canımla,
Alaram torpağını
Yağıdan öz qanımla!
Mənim səadətimsən!
Mənim ibadətimsən!
Səndə keçsin həyatım
Hər anım,hər saatım!
Döyüş üçün doğulduq
Vətənə övlad olduq!
Vətəni azad edək,
Torpağı abad edəк!
Şərəf bilib döyüşək,
Xoşbəxt günü bölüşək!
Düşməni məhv edərik,
Qarabağa gedərik!
Sizə ürək sözüm çox,
Torpaqlar alınmasa,
Yaşamağa haqqım yox!

Özbəkistan,15.10.2020
Özbək dilindən tərcümə etdi İmran Güllübulaqlı.

Demokratikmusavat.com

0.22887706756592