Həkim Türkiyədə faciəli şəkildə həlak oldu

 
Uzman həkim Elnur Rufullayev sentyabrın 6-da işdən sonra yolu keçmək istəyərkən avtomobil vurub. Nəticədə o, dünyasını dəyişib.
 
"Daim xatirələrdə gülərüz, xoş anlarla yadda qalacaqsan. Allah rəhmət eləsin. Ailəsinə səbr versin", - həkim vurğulayıb.
 
Qeyd edək ki, 1985-ci il təvəllüdlü E.Rufullayev Türkiyədə özəl xəstəxanaların birində çalışırdı. İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi, 2002-2008-ci illərdə Azərbaycan Tibb Universitetində, daha sonra isə İstanbul Universitetinin tibb fakültəsində təhsil almışdı.
Demokratikmusavat.com
0.14934682846069