2022-ci ilin birinci yarısında Azərbaycanda 7531 boşanma qeydə alınıb, hər 1000 nəfərə 1,5 boşanma düşüb.
AzToday.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, Bakıda hər 1000 nəfərə 2,2 boşanma rəsmiləşib.
Hər 1000 nəfərə boşanmanın 1,5-dən yüksək olduğu qalan bölgələr bunlardır:
Mingəçevir, Zəngilan – 2,1
Naftalan – 2
Ağdam, Naxçıvan şəhəri, Sumqayıt, Şahbuz – 1,9
Füzuli, Qubadlı, Samux, Şirvan şəhəri, Yevlax – 1,8
Gəncə, Xocalı – 1,7
Cəbrayıl, İsmayıllı, Kəlbəcər, Laçın – 1,6.