Metronun "Ulduz" stansiyasında sahibsiz çanta tapılıb.
Sözügedən hadisə bu gün baş verib. İki şəxsin çantanı stansiyanın platformasında yerə ataraq qaçması digər sərnişinlər arasında təşvişə səbəb olub.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədovun Oxu.Az-a verdiyi məlumata görə, hər hansı təhlükəli məqam yoxdur.
"Həmin sərnişinin iştirakı ilə keçirilən baxış zamanı əşyanın sahibi tapılıb. Heç bir narahatlıq baş verməyib. Sərnişinlərin bu cür ayıq-sayıq olması bizi sevindirir. Lakin məsələnin mətbuatda kontekstdən çıxarılaraq paylaşılması, ajiotaj yaradacaq formada ictimailəşdirilməsi bir qədər təəssüf doğurur. Orada hər hansı çəkilişin aparılması, sosial şəbəkədə paylaşılmasına dair iddialar həqiqəti əks etdirmir".