“Dövlət Gömrük Komitəsinin “qara kassası” kimi uzun illər sahibkarların boğazına çökmüş monopoliya əfsanəsi “Broker Əbülfəz”i cəmiyyətə təqdim etməyə ehtiyac yoxdur.
Bütün ölkə mediası uzun illərdir onun vağzalda siqaret satmasından, İranlı Mənüçöhr Əhədpurla çirkli pulların yuyulmasında iştirakından nələr yazmayıb.
Hələ Əbülfəzin Torqovıda erməni ilə “qastranomda” işləməsindən, onun qızı ilə ailə qurmasından, ermənilərin ona “bizim monopoliya naziri yeznəmiz” deməsindən də xeyli məqalələr dərc olunub.
Əbülfəzin İtaliyadakı sevgi macəraları, onun həbs olunması, nazirlərdən birinin onu həbsdən qurtarması, sonra İstanbulda yenidən oteldə həbs olunması və.s.
Yazdıqca bitən deyil.
Ən əsas məsələ Əbülfəz Məlikovun uzun illər gömrük sistemini monopoliyada saxlaması, iş adamlarından, biznesmenlərdən hər ay milyonlarla rüşvət almasıdır.
Bəli, DGK-nın əməkdaşları özləri deyir ki, biz uzun illər Əbülfəzin əlinə baxırdıq, onun icazəsi olmadan heç bir gömrük əməkdaşı addım ata bilməzdi.
Təsəvvür edirsiniz Əbülfəz Məlikovin “Broker” kantorunun işçilərinin sayı DGK-nın işçilərindən çox olub.
Əbülfəz Məlikov Gürcüstandan Azərbaycana gətirilən hər danaya, inəyə görə, 100 dollar, hər qoyuna görə 40 dollar rüşvət qoymuşdu. Əbülfəz Məlikov Azərbaycana gətirilən və əhalinin xərçənginə səbəb olan saxta yağların sahibi idi.
Bu saxta yağları kərə yağ adı ilə Azərbaycan əhalisinə satan və yüz milyonlar qazanan Əbülfəz Məlikov bu gün azadlıqdadır. Axı bu necə ola bilər? Əbülfəz Məlikovun Çexiyada, Avropanın digər ölkələrində biznesinin, əmlakının sayı-hesabı yoxdur.
Bu adam Azərbaycandakı istənilən nazirdən, komitə sədrindən, icra başçısından dəfələrlə artıq kapitala sahibdir. Bütün bunları hüquq-mühafizə orqanları görmür? Marketdən ehtiyac ucbatından bir çörək oğurlayanı anında tutanlar, bir quzunu oğurladığına görə, adamı həbsə atanlar Əbülfəzi niyə görmür? Deyəsən, dövran dəyişib. Son illər 7 icra başçısı, bir neçə sabiq nazir, nazir müavinləri həbs olunub. Hələ xeylisi də növbə gözləyir.
Gundelik-baku.com-a daxil olan məlumata görə, DGK-nın “qara kassası” Əbülfəz Məlikovun həbsi an məsələsidir. İstintaqda “ermənilərin yeznəsi” nələr söyləyəcək, kimlərlə bölüşdüyünü etiraf etməli olacaq, görəcəksiniz darıxmayın.
Bunu yaxın zaman göstərəcək. Əbülfəz Məlikovun Abşeron Loqistika Mərkəzindəki əməlləri barədə gundelik-baku.com-a yeni məlumatlar daxil olub.
Bizi izləyin.